Turingi BTK

View

Image module
Image module

Turingi BTK

turingi BTK – ÜZVİ BİOLOJİ İNSEKTİSİD xüsusi bio-aktiv mikrobioloji preparat zərərvericilərin məhv edilməsi üçün Bacillus turingiensis kurstaki bakteriyalarla xazırlanıb. Bu bio-insektisid maye formulu – bakteriya sporlarıyla δ-endotoksinlər kompleksidir. δ-endotoksinlər BTK bakteriyanın sitoplazmasında yerləşir. turingi BTK, zərərvericilərə qarşı nəzarət üçün suda rahat qarışdırılır, yüksək keyfiyyətli bio-insektisid tərkibidir. Bacillus turingiensis kurstaki sporları və xüsusi δ-endotoksin kristalları zərərvericinin orqanizminə yarpaqla protoksin kimi düşüb və onların mədə-bağırsaq sistemində toksikoz yaradmaqla zərərvericini öldürür. Kənd təsərrüfatı və bağ, meyvə ağacları, tərəvəzlər, dənli, dekorativ və qalan bütün bitkilər üçün istifadə edilə bilər.

turingi BTK balanslaşdırılmış miqdarda mikroorqanizmlərin əlavə edilməsi ilə xüsusi texnoloqiya ilə hazırlanır. Kənd təsərrüfatında istifadə edilən bütün kimyəvi və mineral gübrələrlə uyğun gəlir. Bütün bitkilərdə istifadə etmək olar.

Fitotoksik deyil. İnsanlar, balıqlar, heyvanlar, arılar, bütün faydalı həşaratlar və entomofaqlar üçün zərərsizdir.

Tut və palıd ipəkqurduna qarşı toksikdir!!!

TƏRKİBİ

Bacillus turingiensis var. kurstaki ümumi mikrop sayı (KƏGV/1 ml):  min. 1 mlrd.,

– kristalik δ-endotoksinlər,

– N, P, K, Ca, Mg, Mn, S mineral duzların və şəkər melasın – iz qalıqları, qalanı su.

İSTİFADƏ QAYDALARI (püskurtmək/çiləmək (sprey) ilə tətbiq olunur):

PROFILAKTIKA:  200 gram şəkər tozunu 200 litr ilıq suda (26-30oC) həll edin və həmin məhlulun içinə 200 gram turingi BTK-nı əlavə edin və qarışdırın. 3 saatdan sonra alınan məhlulu tədbiq edin (zərərvericilərdən asılı olaraq, adətən zərərvericilər 2-6 günə məhv olur).

QEYD: ən yaxşı nəticə almaq üçün hər 10 gündən bir istifadə edin.

RESİDİV:  350 gram şəkər tozunu 200 litr ilıq suda (26-30oC) həll edin və həmin məhlulun içinə 350 gram turingi BTK-nı əlavə edin və qarışdırın. 3 saatdan sonra alınan məhlulu tədbiq edin (zərərvericilərdən asılı olaraq, adətən zərərvericilər 2-6 günə məhv olur).

QEYD: ən yaxşı nəticə almaq üçün hər 5 gündən bir istifadə edin.

CAUTION

  • Püskürtmə zamanı 3.4 atmosfer təzyiqi (50 psi) aşmayın. Su ilə qarışdıqdan sonra
    8 saat ərzində istifadəni tamamlayın. Istifadə edərkən tibbi maska və gözlük istifadə edin. Preparatı dondurmayın.

Saxlama qaydaları

Quru və qorunan bir yerdə + 5°C-dən + 10°C-yə qədər olan temperaturda, birbaşa günəş işığına məruz qalmayan bir yerdə saxlayın. Uzun məsafəyə daşınaraq xüsusi nəqliyyat tələbləri lazımdır – temperatur aralığı +5 ilə + 10°C arasında olan termo konteyner. +15°C temperaturda maximum 2 saat saxlanıla bilər.

Yararlılıq müddəti

– Açılmamış orijinal qablaşdırmada 12 ay +5°C-dən +10°C-yə qədər olan temperaturda saxlayın.

– Su ilə qarışıq: 20-25°C-də qaranlıq bir otaqda saxlandıqda maksimum 8 saat.

Documents

Product Data Sheet (PDF)

Qablaşma

  • 1L. plastic bottle
  • 5L. polyethylene can
  • 10L. polyethylene can
  • 20L. polyethylene can

Ayrı mikrobioloji gübrələr

Image
Fermentstart
Image
Nitro-Fix
Image
Tricho-Guard
Image
BGS 1008-6
Image
Subtil BS